Bank Of Baku

Haitidə “Hanna” qasırğasından ölənlərin sayı 495 nəfərə çatıb

Haitidə “Hanna” qasırğasından ölənlərin sayı 495 nəfərə çatıb
# 06 sentyabr 2008 07:37 (UTC +04:00)
Haiti-APA. “Hanna” tropik qasırğası nəticəsində Haitidə ölənlərin sayı 495 nəfərə çatıb. APA-nın məlumatına görə, bundan əvvəl hakimiyyət orqanları təbii fəlakət nəticəsində cəmi 163 nəfərin dünyasını dəyişdiyini bildirirdi. Qonaiv şəhərində suyun səviyyəsi aşağı endikdən sonra yeni cəsədlər aşkarlanıb. Qeyd edək ki, “Hanna” qasırğasının əmələ gətirdiyi daşqınlar Qonaiv şəhərini tamamilə su altında batırmışdı. Şəhərin bəzi yerlərində suyun səviyyəsi hələ də beş metrdən yüksəkdir. Yerli hakimiyyət orqanları təbii fəlakət nəticəsində ən azı 200 min insanın su və ərzağa ehtiyacı olduğunu bəyan ediblər. BMT yaxın saatlarda Karib hövzəsi regionunun ən kasıb ölkələrindən olan Haitiyə humanitar yardım kampaniyasına başladığını elan edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR