Bank Of Baku

BMT Baş Assambleyasının 66-cı sessiyasının sədri seçilib

BMT Baş Assambleyasının 66-cı sessiyasının sədri seçilib
# 23 iyun 2011 08:33 (UTC +04:00)
Sessiya sentyabrın 13-də işə başlayacaq. APA-nın məlumatına görə, sədr postuna Asiya ölkələri qrupunun namizədi, Qətərin BMT yanında daimi nümayəndəsi Nasir Əbdüləziz ən-Naser seçilib.
Baş Assambleya üzvlərinə xitab edən yeni sədr siyasi, sosial və iqtisadi məsələlərin bütün spektrinə, həmçinin ətraf mühitin mühafizəsi məsələlərinə diqqət ayırmağa söz verib. Sədr qeyd edib ki, qarşıdan gələn sessiya ərzində mübahisəli məsələlərin sülh yolu ilə nizamlanmasında vasitəçiliyin roluna həsr olunmuş yüksək səviyyəli debatlar keçirmək niyyətindədir: “Mənim cəhdlərim mühüm qlobal çağırışlara, o cümlədən hərbi münaqişələrə, xalqların öz müqəddəratını təyinetməsinə, aclığa, kasıblığa, terrorçuluğa, iqlim dəyişikliyinə, qlobal iqtisadi və maliyyə böhranına, təbii fəlakətlərə humanitar reaksiyalara dair konsensusun əldə olunmasına yönələcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR