Bank Of Baku

Obama Azərbaycan və Ermənistan prezidentlərini Qarabağ münaqişəsinin tənzimləməsində kompromisə çağırıb

Obama Azərbaycan və Ermənistan prezidentlərini Qarabağ münaqişəsinin tənzimləməsində kompromisə çağırıb
# 24 iyun 2011 02:28 (UTC +04:00)
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Obama prezident Əliyevə və Sarkisyana zəng edərək münaqişənin həllini tapmaq üçün səy göstərməyə çağırıb.
O, hər iki dövlətin liderlərini Kazanda prezident Medvedevin iştirakı ilə keçiriləcək görüşdə razılaşdırmaları yekunlaşdırmağa və münaqişənin həlli ilə bağlı baza sənədi imzalamağa çağırıb. Əsas prinsiplər razılaşdırılandan sonra tərəflər gücdən istifadə etməmək, ərazi bütövlüyünə riayət etmək və insanların bərabər qaydada öz müqəddəratını təyinetmə hüquqlarını tanımaq kimi öhdəliklərin əsasında münaqişənin yekun sənədinin müzakirəsinə başlamasına imkan yaranacaq.
Qarabağ münaqişənin həllinin vaxtının çatdığını bəyan edən Obama bildirib ki Azərbaycan, Ermənistan, Dağlıq Qarabağda yaşayan insanlara və onların övladlarına daha yaxşı gələcək üçün ümid verilməlidir. Birləşmiş Ştatlar regionda təhlükəsizliyin gücləndirilməsi məqsədi ilə münaqişənin hər iki tərəfini və Minsk qrupunun həmsədrlərini dəstəkləməkdə davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR