Bank Of Baku

ABŞ Kristin Laqardın BVF-nun rəhbəri postuna namizədliyini dəstəkləyib

ABŞ Kristin Laqardın BVF-nun rəhbəri postuna namizədliyini dəstəkləyib
# 28 iyun 2011 18:38 (UTC +04:00)
Bakı-APA. ABŞ maliyyə naziri Timoti Qeytner Beynəlxalq Valyuta Fondunun direktoru vəzifəsinə Fransanın maliyyə naziri Kristin Lagardın namizədliyini dəstəklədiyi bildirib.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, Rusiyanın maliyyə naziri Aleksey Kudrin də Laqardın namizədliyini dəstəklədiyini bildirib.
BVF idarə heyətinin bu günkü iclasında təşkilatın yeni başçısının seçkiləri keçiriləcək.
Laqardın rəqibi - Meksika Mərkəzi Bankının rəhbəri Aqustin Karstensdir.
Xatırladaq ki, BVF-nin sabiq rəhbəri Dominik Stros-Kan zorlama cəhdində ittiham olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR