Bank Of Baku

Latın Amerikası liderlərinin sammiti təxirə salınıb

Latın Amerikası liderlərinin sammiti təxirə salınıb
# 30 iyun 2011 01:54 (UTC +04:00)
Bakı-APA. Venesuela hökuməti iyulun 5-də Marqarita adasında keçirilməli olan Latın Amerikası və Karib hövzəsi dövlət və hökumət başçılarının sammitini təxirə salıb.

Sammitin təxirə salınmağının səbəbi Havana klinikalarından birində əməliyyatdan sonra reabilitasiya kursu keçən Venesuela prezidenti Uqo Çavesin tədbirdə iştirak edə bilməməyidir.

Sammitdə Latın Amerikası və Karib hövzəsi dövlətlərinin birliyinin elan olunması gözlənilirdi.

Kubada rəsmi səfərdə olan Venesuela lideri Uqo Çaves iyunun 11-də əməliyyat olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR