Bank Of Baku

ABŞ Dövlət katibi Macarıstanı demokratik təsisatları gücləndirməyə çağırıb

ABŞ Dövlət katibi Macarıstanı demokratik təsisatları gücləndirməyə çağırıb
# 01 iyul 2011 03:36 (UTC +04:00)
Bakı-APA. ABŞ Dövlət katibi Hillari Klinton Macarıstanı demokratik təsisatları gücləndirməyə çağırıb.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Klinton rəsmi Budapeşti müstəqil ədliyyə sistemi, azad mətbuat və hökumətdə şəffaflığa səsləyib.

Dövlət katibi Klinton Budapeştdə macar mənşəli Amerika konqresmeni Tom Lantosun adını daşıyan insan hüquqları mərkəzinin açılışında iştirak edib.

Macarıstanın Baş naziri Viktor Orbanla danışıqlardan sonra açıqlama verən Klinton deyib ki, görüş zamanı demokratiya üçün vacib olan ədliyyə və qanunverici hakimiyyətlər arasında tarazlıq prinsipinin gözlənilməsinin əhəmiyyəti müzakirə edilib.

Klinton Şərqi Avropada keçid dövründə olan demokratik ölkələrlə Yaxın Şərq və Şimali Afrikada “Ərəb Baharı” dövrünü yaşayan ölkələrdə siyasi və sosial dəyişikliklər arasında paralellər aparıb.

Macarıstanın tənqidçiləri deyir ki, bu il təqdim edilmiş yeni konstitusiya və mətbuat haqda qanun ölkədə demokratik azadlıqlara təhlükə törədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR