Bank Of Baku

ABŞ-ın xüsusi xidmət orqanları Fox News-un Twitterdə Obamanın öldürülməsinə dair məlumatın yerləşdirilməsini araşdıracaqlar

ABŞ-ın xüsusi xidmət orqanları Fox News-un Twitterdə Obamanın öldürülməsinə dair məlumatın yerləşdirilməsini araşdıracaqlar
# 05 iyul 2011 00:21 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın xüsusi xidmət orqanları populyar Fox News telekanalın Twitterində prezident Barak Obamanın öldürülməsinə dair məlumatın yerləşdirilməsini araşdıracaqlar.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, hakerlər Amerikanın Fox News şəbəkəsinin Twitter hesabına girərək, ABŞ prezidenti Barak Obamanın vəfat etdiyinə dair 6 yalan məlumat dərc ediblər.
Xəbərlərdə deyilib ki, prezident Obama Ayova ştatındakı restoranda kampaniya apardığı vaxt iki dəfə güllə ilə vurulub. Fox News-un verdiyi bəyanatda xəbərlərin yalan və qərəzli olduğu bildirilib. Hakerlərin hücumundan sonra hesab bağlanıb və Fox News Twitter-dən araşdırma aparmasını istəyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR