Bank Of Baku

BMT: «Somalidən qaçan uşaqlar yolda tələf olurlar»

BMT: «Somalidən qaçan uşaqlar yolda tələf olurlar»
# 05 iyul 2011 19:57 (UTC +04:00)
Bakı-APA. «Ölkə daxilində davam edən hərbi münaqişə və güclü quraqlıq ucbatından Somali ağlasığmaz miqyaslı humanitar fəlakət yaşayır». Bu barədə BMT-nın Qaçqınlar üzrə Ali Komissarının mətbuat katibi Melissa Fleminq bəyan edib.

Onun sözlərinə görə, bu ilin əvvəlindən 135 min somalili ölkəni tərk edib. Yalnız iyun ayından Keniya və Efiopiya sərhədini keçən somalililərin sayı 54 minə çatıb.

Fleminq bildirib ki, bir çox ailələr səhra ilə bir neçə gün və ya həftələrlə sərhədə doğru getmək məcburiyyətindədirlər. Bu 5 yaşından aşağı bir çox uşaqların yolda aclıqdan ölməsinə səbəb olur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR