Bank Of Baku

Honduras: Hərbçilər kokain daşıyan sualtı gəmini ələ keçiriblər

Honduras: Hərbçilər  kokain daşıyan sualtı gəmini ələ keçiriblər
# 15 iyul 2011 02:45 (UTC +04:00)
Bakı-APA. Honduras Dəniz-patrul xidmətinin keçirdiyi əməliyyat nəticəsində bu ölkənin ərazi sularında 5 ton kokain daşıyan su altı gəmi saxlanılıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Hondurasın müdafiə naziri Marlon Paskua bildirib ki, gəmi başqa dövlətə məxsusdur. Gəminin bortunda olan 5 Kolumbiya vətəndaşı həbs edilib.

Honduras hakimiyyət orqanlarının sözlərinə görə, hər il qeyri-qanuni olaraq Kolumbiyadan Hondurasın ərazi sularından keçərək Meksikaya və sonradan ABŞ-a 100 tona qədər kokain aparılır.
Ötən il Honduras ərazi sularında narkotik daşıyan 10 sualtı gəmi aşkar edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR