Bank Of Baku

ABŞ Dövlət katibi Hillari Klinton Hindistanda səfərdədir

ABŞ Dövlət katibi Hillari Klinton Hindistanda səfərdədir
# 19 iyul 2011 03:46 (UTC +04:00)
Bakı-APA. ABŞ Dövlət katibi Hillari Klinton siyasi və iqtisadi əlaqələrin gücləndirilməsinə dair danışıqlar aparmaq üçün iki günlük Hindistana səfərə gedib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Klintonun səfəri keçən il Vaşinqtonda başlanan ABŞ-Hindistan strateji dialoq çərçivəsində həyata keçirilir. Hindistanda olacağı müddətdə ABŞ Dövlət katibi ölkə liderləri ilə görüşlərdə Əfqanıstan və Pakistanda təhlükəsizliyə dair vəziyyəti müzakirə edəcək. Klinton ABŞ şirkətlərinin nümayəndələri ilə görüşmək üçün ölkənin cənubunda yerləşən Şennay şəhərinə səfər edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR