Bank Of Baku

Dövlət departamenti amerikalılara Liviyanı tərk etməyi məsləhət görüb

Dövlət departamenti amerikalılara Liviyanı tərk etməyi məsləhət görüb
# 19 iyul 2011 20:58 (UTC +04:00)
Bakı-APA. Liviyadakı ABŞ vətəndaşlarına müxalifətin nəzarətində olan ərazilərə hücum təhlükəsi olduğu üçün dərhal bu ölkəni tərk etmək tövsiyə olunur. ABŞ Dövlət departamentinin bəyanatında belə deyilir.

«Dövlət departamenti ABŞ vətəndaşlarını Liviyaya səfərlərin təhlükəli olduğu barədə xəbərdar edir və müxalifətlə hökumət qüvvələri arasında döyüşlər davam etdiyi üçün oradakı bütün həmvətənlərinə təcili bu ölkəni tərk etməyi tövsiyə edir», deyə sənəddə bildirilir.

Qeyd olunur ki, «hazırda Benqazi və müxalifətin nəzarətində olan digər rayonlarda otel və digər ictimai binalara hücum təhlükəsi mövcuddur».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR