Bank Of Baku

FTB Anonymous haker qrupunun üzvlərini həbs edib

FTB Anonymous haker qrupunun üzvlərini həbs edib
# 20 iyul 2011 02:52 (UTC +04:00)
Bakı-APA. ABŞ Federal Təhqiqat Bürosunun əməkdaşları Anonymous haker qrupunun 14 üzvünü həbs ediblər.

ABŞ hökuməti nümayəndəsinin bildirdiyinə görə, həbslər Nyu-Cersi, Kaliforniya və Florida ştatlarında həyata keçirilib. Axtarışlar zamanı bir neçə kompüter müsadirə olunub.

Anonymous qruplaşması 2010-cu ilin sonlarında məşhurlaşıb. Qrupun üzvləri WikiLeaks internet resursunun fəaliyyətinə mane olan təşkilat və şirkətlərin saytlarına hücum ediblər. Anonymous əsasən siyasi məqsədlər güdərək, internetdə söz azadlığı uğrunda çıxış edir.

Bu hakerlərin əsas taktikası süni surətdə istifadəçi axınını artırmaqdır. Nəticədə serverə mümkün yüklənmə həddi keçilir və müvafiq sayt sıradan çıxır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR