Bank Of Baku

ABŞ-da böhranın qarşısını almaq üçün aparılan danışıqlar nəticə verməyib

ABŞ-da böhranın qarşısını almaq üçün aparılan danışıqlar nəticə verməyib
# 27 iyul 2011 02:15 (UTC +04:00)
Bakı-APA. Amerikada mümkün defoltun qarşısını almaq üçün Federal borc böhranın aradan qaldırılması məqsədi ilə aparılan danışıqlarda son tarix yaxınlaşdıqca vəziyyət gərginləşir.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, ABŞ prezidenti Barak Obama və Respublikaçıların Nümayəndələr Palatasının Konqresdəki spikeri Con Boner (John Boehner) danışıqların dalana dirənməsi ilə bağlı qarşılılıqlı ittihamlarla çıxış ediblər.
Obama Respublikaçıları büdcədə böyük ixtisar edilməsi tərəfdarı olduqlarına görə tənqid edib.
Barak Obama xəbərdarlıq edib ki, borc həddi Konqres tərəfindən artırılmasa, bu gözlənilməz nəticə verə bilər.
Con Boner isə prezidenti Konqresdən təsdiqlənmiş boş çek qoparmaq istəyində olmaqda ittiham edib.
Avqustun 2-nə dək ABŞ büdcəsinin borc həddi artırılmasa ABŞ defoltla üzləşə bilər.
Federal hökümət bu il $1,5 trilyon həddə çatmış büdcə kəsirinin öhdəsindən gəlməyə çalışır.
Dövlətin borcu hazırda $14.3 trilyon həddindədir.
ABŞ büdcəsinin müzakirəsi zamanı borc limitinin qaldırılması praktikası tarixən ABŞ Konqresi üçün adi məsələ olub.
Lakin bu il Respublikaçılar borc həddini artırmaqdan imtina ediblər.
Onlar bu addımı büdcə kəsirinin kəskin azaldılması ilə şərtləndiriblər.
Danışıqllar zamanı Respublikaçıların müqaviməti əsas problemə çevrilib.
Demokratların məqsədi isə əhalinin yoxsul və yaşlı təbəqəsi üçün nəzərdə tutulmuş sosial proqramları və pensiya sistemini qoruyub saxlamaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR