Bank Of Baku

ABŞ İranı əl-Qaidə ilə gizli əlaqələrdə ittiham edir

ABŞ İranı əl-Qaidə ilə gizli əlaqələrdə ittiham edir
# 29 iyul 2011 01:15 (UTC +04:00)
Bakı-APA. Birləşmiş Ştatlar İranı əl-Qaidə ilə gizli sövdələşmədə ittiham edir.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, bu Vaşinqtonun əl-Qaidənin altı fəalına qarşı sanksiyalar elan etdiyi zaman baş verib.
ABŞ-ın maliyyə nazirliyi detalları açıqlamayıb, lakin bildirib ki, fəallar ABŞ rəsmilərinin İranda əl-Qaidənin vasitəçisi olduğuna inandığı İzzəddin Əbdül Əziz Xəlilin şəbəkəsinə mənsub olduğunu bildirib. Nazirliyin bildirdiyinə görə, Xəlil İran hökuməti və terrorçu qrup arasında razılıq əsasında fəaliyyət göstərirdi. Maliyyə nazirliyi qeyd edir ki, İran əl-Qaidənin Əfqanıstan və Pakistanda əməliyyatlarına maliyyə dəstəyinin verilməsi üçün mühüm tranzit məntəqəsi kimi çıxış edir. İran hökuməti buna hələlik reaksiya verməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR