Bank Of Baku

NATO-da Enerji Təhlükəsizliyi və Kəşfiyyat-Analiz bölməsi yaradılır

NATO-da Enerji Təhlükəsizliyi və Kəşfiyyat-Analiz bölməsi yaradılır
# 27 dekabr 2006 13:51 (UTC +04:00)
Bu barədə APA-ya NATO-nun Regional, İqtisadi və Təhlükəsizlik üzrə Katibliyindən məlumat verilib. Şimali Atlantika Alyansının terrorizmlə mübarizə, hərbi və təhlükəsizlik qüvvələri ilə əlaqəli işləyəcək bu kəşfiyyat analiz bölməsi dünyanın müxtəlif ölkələrində həyata keçirilən enerji layihələrinin mühafizəsində, terror təhdidlərinin aradan qaldırılmasında iştirak edəcək. Kəşfiyyat məlumatları müttəfiq və üzv dövlətlərin sənaye və hökumət mənbələrindən toplanacaq. Enerji layihələrinin təhlükəsizliyində Beynəlxalq Əsgəri Personal tərəfindən hazırlanan analizlərə və kəşfiyyat məlumatlarına da istinad olunacaq. Kəşfiyyat-Analiz bölməsi, həmçinin, dəniz daşımaçılığının təhlükəsizliyinə də nəzarət edəcək. Dəniz daşımaçılığında risklərin və təhdidlərin azaldılması istiqamətində digər beynəlxalq təşkilatlarla birgə tədbirlər həyata keçirəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR