Bank Of Baku

Kolumbiyalı kokain baronu Dieqo Sançes həbs olunub

Kolumbiyalı kokain baronu Dieqo Sançes həbs olunub
# 12 sentyabr 2007 14:05 (UTC +04:00)
Kolumbiyalı kokain baronu Dieqo Leon Montoya Sançes hərbçilərin həyata keçirdiyi xüsusi əməliyyat zamanı həbs olunub. APA-nın məlumatına görə, haqqında 7 il əvvəl beynəlxalq axtarış elan olunan Sançes anası və mühafizəçiləri ilə birlikdə dağlıq ərazidə yerləşən villasında həbs olunub. ABŞ hökumətinin başına 5 milyon dollar qoyduğu Sançesin həbs edilməsi əməliyyatında 1.500 hərbçi iştirak edib. Həbs olunan Sançes xüsusi təyyarə ilə Boqotaya gətirilib. Qeyd edək ki, Dieqo Leon Montoya Sançes “Əl-Qaida” lideri Üsamə bin Ladenlə birlikdə ən çox axtarışda olan 10 şəxsdən biri idi. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR