Bank Of Baku

Bu ilin sonunda ABŞ İraqdan 5,7 min əsgərini çıxaracaq

Bu ilin sonunda ABŞ İraqdan 5,7 min əsgərini çıxaracaq
# 14 sentyabr 2007 07:43 (UTC +04:00)
ABŞ prezidenti Corc Buş hərbçilərin və diplomatların tövsiyəsinə əməl edərək dekabr ayında İraqdan 5700 hərbi qulluqçunun çıxarılacağını elan edəcək. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, C. Buş televiziya ilə çıxışında İraqdakı ordu briqadalarının ixtisar ediləcəyini də açıqlayacaq. Briqadaların sayının 20-dən 15-ə endiriləcəyi gözlənilir.
Qeyd edək ki, bir neçə gün əvvəl İraqdakı ABŞ qoşunlarının komandanı Devid Petreus 2008-ci ilin ortalarına qədər İraqdan 30 min əsgərin çıxarıla biləcəyini bəyan edib. Onun sözlərinə görə, bu il ABŞ-dan İraqa göndərilmiş əlavə qüvvələr öz vəzifələrini əsasən yerinə yetiriblər. Xatırladaq ki, hazırda İraqdakı ABŞ hərbi kontingentinin sayı 160 min nəfərdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR