Bank Of Baku

Senat Buş administrasiyasından ölkənin mülki və hərbi infrastrukturunun nüvə hücumundan necə qorunduğuna dair məlumat istəyib

Senat Buş administrasiyasından ölkənin mülki və hərbi infrastrukturunun nüvə hücumundan necə qorunduğuna dair məlumat istəyib
# 18 sentyabr 2007 10:25 (UTC +04:00)
ABŞ Senatı Corc Buş administrasiyasından ölkənin mülki və hərbi infrastrukturunun nüvə hücumundan necə qorunduğuna dair Konqresə məlumat verməsini tələb edib. APA-nın “RİA Novosti”yə istinadən yaydığı xəbərə görə, tələb 2008-ci il hərbi büdcəsinə ayırmalara dair qanun layihəsinə əlavə olunan xüsusi düzəlişdə əksini tapıb. Düzəliş elektromaqnit impulslarının tətbiqi ilə ABŞ-a endirilə biləcək zərbəyə ölkənin hazırlığını qiymətləndirmək məqsədilə 2001-ci ildə yaradılan müstəqil komissiyanın işi ilə bağlı məsələləri əhatə edir. Komissiya ayrı-ayrı mülki və hərbi sistemlərin elektromaqnit impulslarının zərbəsindən qorunması məqsədilə möhkəmləndirilməsi üçün xərclər və imkanları öyrənib Konqresə məlumat verməlidir.
Qeyd edək ki, istənilən nüvə silahının zərbə gücü olan elektromaqnit impulsları elektron, radioelektron, rabitə və kompüter sistemlərini sıradan çıxarır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR