Bank Of Baku

Corc Buş: “Hillari Klinton ilkin seçkidə qalib gələcək, amma prezident ola bilməyəcək”

Corc Buş: “Hillari Klinton ilkin seçkidə qalib gələcək, amma prezident ola bilməyəcək”
# 24 sentyabr 2007 08:16 (UTC +04:00)
ABŞ prezidenti Corc Buş Demokratlar Partiyasının prezidentliyə namizədinin Hillari Klinton olacağını bildirib. APA-nın ABŞ mətbuatına istinadən verdiyi məlumata görə, C. Buş bu fikrini “Evangelical President” adlı kitabın müəllifinə açıqlamasında dilə gətirib. Onun fikrincə, H. Klinton Demokratlar Partiyası daxilində keçiriləcək ilkin seçkidə rəqibi Barak Obamanı geridə qoyacaq: “Çünki o, ümumilli miqyasda tanınır”. Digər tərəfdən, C. Buş H. Klintonun seçki kampaniyası üçün ianə yığımının da uğurla davam etdiyinə diqqət çəkib. Ancaq buna baxmayaraq, prezident hesab edir ki, Ağ Ev uğrunda mübarizədə H. Klintonu məğlubiyyət gözləyir: “Mübarizə çox kəskin olacaq, amma mən əminəm ki, respublikaçılar Ağ Evi özlərində saxlaya biləcəklər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR