Bank Of Baku

Braziliyanın Manaus həbsxanasında qiyam baş verib

Braziliyanın Manaus həbsxanasında qiyam baş verib
# 25 sentyabr 2007 07:49 (UTC +04:00)
Braziliyanın Manaus həbsxanasında qiyam qaldıran dustaqları 4 nəfəri girov götürüblər. APA-nın məlumatına görə, həbsxananın həyətinə toplaşan 500-ə yaxın məhbus girovları azadlığa buraxmaq üçün heç bir tələb irəli sürməyib. Hazırda polis qiyamçılarla danışıqlara başlayıb. Qeyd edək ki, Braziliyada məhbusların qiyam qaldırması adi hala çevrilib, bu hadisələr bir qayda olaraq çoxlu sayda insan ölümü ilə nəticələnir. Ötən il San-Paulu ştatında 144 həbsxanada eyni zamanda qiyam baş verib, çoxlu sayda nəzarətçini girov götürən məhbuslar onlardan 9-nu öldürüblər. Qiyam yatırıldıqdan sonra isə həbsxana nəzarətçiləri əmək şəraitinin yaxşılaşdırılması tələbi ilə tətil ediblər. Həbsxana daxilində odlu silahla gəzməyə icazə verilməsi tələbini irəli sürən nəzarətçilərin istəyi qismən yerinə yetirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR