Bank Of Baku

Uydurma “erməni soyqırımı” ilə bağlı qərar layihəsi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin gündəminə gəlib

Uydurma “erməni soyqırımı” ilə bağlı qərar layihəsi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin gündəminə gəlib
# 03 oktyabr 2007 09:47 (UTC +04:00)
Uydurma “erməni soyqırımı”ndan bəhs edən 106 saylı qərar layihəsi oktyabrın 10-da ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində müzakirə ediləcək. APA-nın xəbərinə görə, layihənin komitədə qəbul edilməsi gözlənilir. Aylardır gündəmə gətirilməyən layihənin indi ortaya çıxarılması Türkiyənin bu ilin iyul ayında İranla təbii qaz anlaşması imzalaması ilə əlaqələndirilir. Sənəd komitədən keçib Nümayəndələr Palatasının gündəminə gələrsə, böyük ehtimalla qəbul ediləcək. Çünki palatada qərar qəbulu üçün 218 səs tələb olunduğu halda, ermənilərin layihəsini 226 konqresmen dəstəkləyir. Məsələyə münasibət bildirən ABŞ Dövlət Departamentinin nümayəndəsi Şon Makkormak qərarın qəbulunu əngəlləmək üçün konqresmenlərlə iş apardıqlarını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR