Uqo Çaves: “Corc Buşu dəlixanaya salmaq lazımdır”
21 noyabr 2007 16:28 (UTC +04:00)
Venesuela prezidenti Uqo Çaves bildirib ki, İranın nüvə silahı yaratmasının üçüncü dünya müharibəsinə səbəb olacağını söyləyən ABŞ prezidenti Corc Buşu dəlixanaya salmaq lazımdır. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, U. Çaves bu açıqlamanı Fransa prezidenti ilə görüşdən sonra verib. O, C. Buşun atom bombasından istifadə etməklə üçüncü dünya müharibəsinin baş verə biləcəyini söylədiyinə diqqət çəkib: “Bu halda dünya yox olacaq, insanlıq yer üzündən silinəcək. Mən hesab edirəm ki, onun yeri dəlixanadır”. Xatırladaq ki, söhbət ABŞ prezidentinin oktyabr ayında verdiyi bəyanatdan gedir. /APA/
Amerika
Panamada ümumi seçkilər başlayıb
18:45
5 may 2024
Sallivan İsraillə münasibətləri normallaşdırmadan Ər-Riyadla müqavilə bağlamaqdan imtina edir
09:13
5 may 2024
Tramp Bayden administrasiyasını Gestapo ilə müqayisə edib
08:54
5 may 2024
Sallivan: "ABŞ-nin Ukraynaya yardımı Rusiyaya mane olmayacaq"
05:18
5 may 2024