Dmitri Medvedevin prezidentliyə namizədliyi ABŞ-ı maraqlandırmır
11 dekabr 2007 08:08 (UTC +04:00)
“Dmitri Medvedevin Vladimir Putin tərəfindən prezidentliyə namizəd göstərilməsi Rusiyanın daxili işidir. Qoy bununla Rusiya siyasətçiləri məşğul olsun”. APA-nın Rusiya mənbələrinə istinadən verdiyi məlumata görə, Ağ Evin mətbuat katibi Dana Perino bu bəyanatla çıxış edib. O, ABŞ prezidenti Corc Buşun Dmitri Medvedevlə nə vaxtsa görüşüb-görüşmədiyi barədə sualı cavablandırmaqda çətinlik çəkib. Dövlət katibi Kondoliza Rays isə bildirib ki, Corc Buş administrasiyasını Rusiyada prezidentin kim olduğu yox, bu ölkədə demokratiyanın necə strukturlaşması və necə işləməsi maraqlandırır. O, Rusiyanın beynəlxalq izolyasiyasına qarşı çıxaraq “böyük səkkizlər” və digər beynəlxalq strukturlar çərçivəsində bu ölkə ilə qarşılıqlı fəaliyyəti davam etdirməyə tərəfdar olduğunu deyib: “Mən hakimiyyətin Kremlin əlində cəmləşməsi mövzusunu ruslarla müzakirə etmişəm. Onlara demişəm ki, siz hakimiyyətin müxtəlif institutlar arasında bölünməsini istəmirsiniz. Ancaq Kremldə kimin oturmasının mənim üçün fərqi yoxdur. Əgər bütün hakimiyyət prezidentin əlində cəmləşibsə, bu, demokratik inkişafda problem olduğunu göstərir”. /APA/
Amerika
ABŞ-də atışma nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb
02:03
5 may 2024
ABŞ Haitiyə 60 milyon dollar dəyərində silah göndərəcək
23:45
4 may 2024
ABŞ Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edir
09:58
4 may 2024
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 39-a çatıb
08:17
4 may 2024