ABŞ-ın Nyu-Cersi ştatında ölüm hökmü ləğv edilib
14 dekabr 2007 08:01 (UTC +04:00)
ABŞ-ın Nyu-Cersi ştatının qanunverici orqanı ölüm hökmünün ləğvi barədə qərar qəbul edib. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, ştat assambleyasının toplantısında qərarın lehinə 44, əleyhinə isə 36 deputat səs verib. Dekabrın 11-də isə ştat Senatında bununla bağlı qərar qəbul olunub. Yaxın günlərdə sənəd imzalanmaq üçün Nyu-Cersi qubernatoru Don Korzinə təqdim ediləcək. D. Korzin daha əvvəl dəfələrlə ölüm hökmünün əleyhinə çıxıb. Qubernatorun qanunu imzalamasından sonra Nyu-Cersi son 40 ildə edam cəzasını ləğv etmiş ilk Amerika ştatı olacaq.
Qeyd edək ki, Nyu-Cersidə 1963-cü ildən bəri ölüm hökmünə moratorium qoyulsa da, bu cəza növü indiyədək rəsmi şəkildə ləğv edilməməşdi. Hazırda ABŞ-ın 31 ştatında ölüm hökmü tətbiq olunur. /APA/
Qeyd edək ki, Nyu-Cersidə 1963-cü ildən bəri ölüm hökmünə moratorium qoyulsa da, bu cəza növü indiyədək rəsmi şəkildə ləğv edilməməşdi. Hazırda ABŞ-ın 31 ştatında ölüm hökmü tətbiq olunur. /APA/
Amerika
Bayden hökuməti silah satışına nəzarəti gücləndirməyə çağırıb
11:08
30 aprel 2024
Baydenin oğlu "Fox News"u məhkəməyə vermək istəyir
05:54
30 aprel 2024
Meksikada 5,1 bal gücündə zəlzələ baş verib
05:03
30 aprel 2024
Kolumbiyada narkotik kartelinə qarşı əməliyyatda helikopter qəzaya uğrayıb, doqquz əsgər ölüb
04:35
30 aprel 2024