Fidel Kastro hakimiyyətdən gedəcəyini bəyan edib
18 dekabr 2007 07:53 (UTC +04:00)
Prezidentin məktubu dünən ölkənin ən populyar proqramı olan “Dəyirmi masa” verilişində oxunub. 1959-cu ildən Kubaya rəhbərlik edən Fidel Kastro bildirib ki, əsas vəzifəsi bütün ömrü boyu hakimiyyətdə qalmaqdan ibarət deyil: “Mən əsas vəzifəm uzun illər ərzində topladığım son dərəcə dəyərli təcrübəmi və ideyalarımı yeni nəsillə bölüşməkdir”. Qeyd edək ki, bu, indiyə kimi Fidel Kastronun tutduğu vəzifələrdən gedəcəyinə dair ilk fikridir. Yatağa düşdükdən sonra dövlət telekanalları Fidel Kastronun Kuba xalqına onlarla məktubunu yayımlayıb və prezidentin mətbuatda çoxlu sayda məqalələri dərc olunub. Lakin buna qədər məktub və məqalələrin heç birində Kastronun vəzifədən getməyə hazırlaşdığı barədə fikir öz əksini tapmayıb. Qeyd edək ki, Fidel Kastro 2006-cı il iyulun 31-də mədəsində ağır cərrahiyyə əməliyyatı keçirib. Bundan sonra prezident öz səlahiyyətlərinin qardaşı Raul Kastroya verib. Son ilyarım ərzində Fidel Kastro bir dəfə də ictimaiyyət qarşısına çıxmayıb, lakin telekanallarla Fidel Kastronun videogörüntüləri yayımlanıb. /APA/
Amerika
Blinken: “Rusiya ərazilərinə mümkün zərbələr barədə qərarı Ukrayna verməlidir”
04:35
23 may 2024
Blinken: “Qərb xarici agentlər haqqında qanun layihəsinə görə Gürcüstana qarşı tədbir görəcək”
00:42
23 may 2024
Ağ Ev: ABŞ İsrailin Rəfahdakı fəaliyyətini izləməyə davam edəcək
23:22
22 may 2024
Pentaqon döyüşlər dayanana qədər ABŞ təlimatçılarını Ukraynaya göndərmək niyyətində deyil
20:43
22 may 2024