ABŞ prezidenti müqəddəs Qurban bayramı münasibətilə dünya müsəlmanlarını təbrik edib
19 dekabr 2007 14:27 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Corc Buş təbrik məktubunda qeyd edib ki, müsəlmanların bu dörd günü ailə və dostlarla birgə bayram etməklə, İbrahim peyğəmbərin itaətkarlığına ehtiramlarını bildirirlər: “Qurban bayramında dünya müsəlmanlarının İbrahim peyğəmbərin oğlunu qurban vermək istəyən zaman göstərdiyi əyilməz inam və Allaha olan etimadını yad edirlər. Müsəlmanlar bu dörd günü ailə və dostlarla birgə bayram etməklə, İbrahim peyğəmbərin itaətkarlığına ehtiramlarını bildirir və Allahın bəxş etdiyi çoxsaylı nemətlərə görə şükranlıq edirlər. Bu bayram eləcə də mərhəmət və sədaqət kimi vacib dəyərlərin gələcək nəsillərə ötürülməsinə kömək edir. Amerika bir çox inanca tapınan insanların vətənidir və müsəlman vətəndaşlarımız bizim cəmiyyətimizi zənginləşdirirlər. Amerika müsəlmanlarının bu bayram günlərində və il boyu nümayiş etdirdiyi mərhəmət, səxavət və xoş iradə dövlətimizin qüdrət və qabiliyyətini gücləndirib. Qoy bu sevincli günlərdə Qurban bayramını qeyd edənlərin qəlbi sevgi və nura qərq olsun. Lora və mən bu əlamətdar bayramla bağlı ən yaxşı arzularımızı çatdırırıq”. /APA/
Amerika
Braziliyada daşqınlar azı 30 nəfərin həyatına son qoyub
08:19
3 may 2024
Pentaqon: Rusiya qüvvələri Nigerdəki ABŞ ordusu ilə eyni bazada yerləşib
07:58
3 may 2024
Ostin: "HƏMAS-ın ABŞ qüvvələrinə hücum etmək niyyətində olduğuna dair hər hansı əlamət görmürük"
07:34
3 may 2024
Çin Ayın digər tərəfinə missiya göndərmək niyyətindədir
04:34
3 may 2024