ABŞ-da sərnişin təyyarəsinə bomba qoyulması barədə məlumat təsdiqlənməyib
24 dekabr 2007 07:16 (UTC +04:00)
ABŞ-da Las-Veqas-Xartford reysini həyata keçirən sərnişin təyyarəsi yük yerinə bomba qoyulması barədə məlumatla əlaqədar Omaxa aeroportuna məcburi eniş edib. APA-nın məlumatına görə, yoxlamalar zamanı təyyarədə bomba olması xəbəri təsdiqini tapmayıb. Üç saat sonra heyətində 137 sərnişin olan təyyarə Omaxa aeroportundan havaya qalxaraq Xartforda doğru istiqamət götürüb. “Southwest Airlines” şirkəti naməlum telefon zəngini təyyarəyə yetişməyən sərnişin tərəfindən həyata keçirildiyini iddia etsə də, polis bu məlumatı təsdiqləməyib. /APA/
Amerika
ABŞ İsrail ordusuna aviabombaların göndərilməsini dayandırıb
12:45
8 may 2024
Dövlət Departamenti ABŞ qoşunlarının Ukraynaya göndərilməsini istisna edib
08:27
7 may 2024
Mask: Qeyri-qanuni immiqrasiya ABŞ üçün "fəlakət resepti"dir
07:51
7 may 2024
Pentaqon: ABŞ və Rusiya hərbçiləri Nigerdə bir-birindən uzaqda yerləşir
03:37
7 may 2024