Zalmay Xəlilzad: “Kosovonun statusunun BMT Təhlükəsizlik Şurası çərçivəsində müəyyənləşdirilməsi mümkün deyil”
17 yanvar 2008 09:31 (UTC +04:00)
“Kosovonun statusunun BMT Təhlükəsizlik Şurası çərçivəsində müəyyənləşdirilməsi mümkün deyil”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu yanvarın 15-də BMT TŞ-də keçirilən məsləhətləşmələrdən sonra ABŞ-ın qurumdakı daimi nümayəndəsi Zalmay Xəlilzad deyib. TŞ-də 1999-cu ildən bəri Kosovonu idarə edən BMT missiyasının məruzəsi müzakirəyə çıxarılıb. Rusiya Serbiyanın razılığı olmadan Kosovonun müstəqilliyinin tanınmasını mümkün saymadığını bəyan edib. Z. Xəlilzad isə bildirib ki, Kosovonun müstəqilliyini nəzərdə tutan Marti Axtisaari planı beynəlxalq ictimaiyyətin nəzərdən keçirdiyi yeganə həll variantıdır. /APA/
Amerika
Dövlət Departamenti ABŞ qoşunlarının Ukraynaya göndərilməsini istisna edib
08:27
7 may 2024
Mask: Qeyri-qanuni immiqrasiya ABŞ üçün "fəlakət resepti"dir
07:51
7 may 2024
Pentaqon: ABŞ və Rusiya hərbçiləri Nigerdə bir-birindən uzaqda yerləşir
03:37
7 may 2024
Quterreş İsrail və HƏMAS-a çağırış edib
00:10
7 may 2024