Corc Buşun qızı ərə gedir
17 yanvar 2008 09:43 (UTC +04:00)
Mayın 10-da ABŞ prezidenti Corc Buşun qızı, 25 yaşlı Cenna Buşun nikah mərasimi olacaq. APA-nın məlumatına görə, adının çəkilməsini istəməyən mənbə “The Washington Post” qəzetinə bildirib ki, mərasim prezidentin Texas ştatının Krouford şəhəri yaxınlığındakı rançosunda olacaq. Cennanın nikaha girəcəyi şəxs isə təhsil nazirinin müavininin oğlu Henri Hagerdir.
Qeyd edək ki, Ağ Ev daha əvvəl Cenna və Henrinin nişanlandığını açıqlamışdı. Nişan ötən il avqustun 15-də olub. Gənclər 2004-cü ildə Corc Buşun seçki qərargahında çalışarkən tanışlıq yaradıblar. 29 yaşlı H. Hager əvvəl Ağ Evdə çalışıb və prezidentin siyasi məsələlər üzrə müşaviri Karl Rouvun köməkçisi olub. /APA/

Amerika
Kobaxidze: ABŞ-la münasibətlərə yenidən başlamaq xüsusi səylər tələb edir
13:03
3 may 2024
Braziliyada daşqınlar azı 30 nəfərin həyatına son qoyub
08:19
3 may 2024
Pentaqon: Rusiya qüvvələri Nigerdəki ABŞ ordusu ilə eyni bazada yerləşib
07:58
3 may 2024
Ostin: "HƏMAS-ın ABŞ qüvvələrinə hücum etmək niyyətində olduğuna dair hər hansı əlamət görmürük"
07:34
3 may 2024