ABŞ-da iki əyləncə mərkəzinə silahlı hücum olub
21 yanvar 2008 08:24 (UTC +04:00)
ABŞ-ın Los-Anceles şəhərinin Lonq-Biç rayonundakı əyləncə mərkəzinə silahlı hücum zamanı iki nəfər ölüb. APA-nın ABŞ mənbələrinə istinadən verdiyi məlumata görə, gənclərin ad günü keçirdiyi məkana daxil olan naməlum şəxslər odlu silahdan atəş açmağa başlayıblar. Nəticədə 17 yaşlı oğlan və 15 yaşlı bir qız ağır yaralanıblar. Onların hər ikisi xəstəxanada keçinib. Olay zamanı daha bir gənc güllə yarası alıb.
Los-Anceles yaxınlığındakı Kompton şəhərində də analoji insident baş verib. Burada da əyləncə mərkəzinə silahlı basqın olub. Nəticədə 8 nəfər yaralanıb. Onlardan 3-nün vəziyyəti ağırdır. Hər iki halda basqınçılar qaçaraq gizləniblər. /APA/

Amerika
Sallivan İsraillə münasibətləri normallaşdırmadan Ər-Riyadla müqavilə bağlamaqdan imtina edir
09:13
5 may 2024
Tramp Bayden administrasiyasını Gestapo ilə müqayisə edib
08:54
5 may 2024
Sallivan: "ABŞ-nin Ukraynaya yardımı Rusiyaya mane olmayacaq"
05:18
5 may 2024
ABŞ-də atışma nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb
02:03
5 may 2024