Bank Of Baku

Corc Buş ABŞ Konqresinə ənənəvi illik müraciət edib

Corc Buş ABŞ Konqresinə ənənəvi illik müraciət edib
# 29 yanvar 2008 09:16 (UTC +04:00)
ABŞ prezidenti Corc Buş Konqresə ölkədəki mövcud durumla bağlı ənənəvi illik müraciət ünvanlayıb. APA-nın məlumatına görə, prezident müraciətində əsas diqqəti iqtisadi məsələlərə ayırıb. Ölkə iqtisadiyyatının durumunun yaxşı vəziyyətdə olmadığını etiraf edən prezident bu problemin həlli üçün bir neçə təklif irəli sürüb. Təkliflər arasında büdcənin balanslaşdırılması və vergilərin qaldırılmasından imtina etmək də var. Corc Buş iqtisadi böhran vəziyyətində olan ipoteka sektorunda vəziyyəti yaxşılaşdırmaq üçün ipoteka şirkətlərinə bir sıra güzəştlərin ediləcəyini bildirib. O, səhiyyə və təhsil sektorunda vəziyyəti yaxşılaşdırmağın vaxtının çatdığını deyib. ABŞ prezidenti çıxışında İraqdakı vəziyyətə də toxunub, o, bildirib ki, hazırda ABŞ qoşunlarının bu ölkədən çıxarılması İraqı tamamilə məhv edərdi. Alternativ enerji mənbələrinin inkişafını zəruri sayan Corc Buş ABŞ-ın xaricdən enerji idxalının azaldılmasının vacibliyini vurğulayıb. Qeyd edək ki, bu, Corc Buşun prezident qismində Konqresə son ənənəvi illik müraciətidir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR