Corc Buş: “Ukrayna və Gürcüstan vətəndaşları öz ədalətli seçkilər keçirmək hüququnun müdafiəsi üçün iradə nümayiş etdirdilər”
29 yanvar 2008 09:26 (UTC +04:00)
“Gürcüstan və Ukraynada keçirilən seçkilərdə əhəmiyyətli uğurlar əldə olunub”. APA-nın məlumatına görə, bu fikirləri ABŞ prezidenti Corc Buş Konqresə ənənəvi illik müraciətində səsləndirib. O, Gürcüstan və Ukrayna vətəndaşlarının azad və ədalətli seçkilər keçirmək hüququnu müdafiə etmək üçün ciddi iradə nümayiş etdirdiyini deyib. “Biz Kubadan tutmuş Zimbabveyə, Belarusdan tutmuş Myanmaya qədər bütün ölkələrdə azadlığı dəstəkləyirik. Mən konqresmenləri xarici dövlətlərə yardımı nəzərdə tutan “Minilliyin çağırışları proqramı”nı dəstəkləməyə çağırıram. BU proqram inkişaf etməkdə olan ölkələrdə demokratiyanı və qanunun aliliyini möhkəmləndirir. Mən bu mühüm təşəbbüsü dəstəkləməyə çağırıram”. /APA/
Amerika
Kobaxidze: ABŞ-la münasibətlərə yenidən başlamaq xüsusi səylər tələb edir
13:03
3 may 2024
Braziliyada daşqınlar azı 30 nəfərin həyatına son qoyub
08:19
3 may 2024
Pentaqon: Rusiya qüvvələri Nigerdəki ABŞ ordusu ilə eyni bazada yerləşib
07:58
3 may 2024
Ostin: "HƏMAS-ın ABŞ qüvvələrinə hücum etmək niyyətində olduğuna dair hər hansı əlamət görmürük"
07:34
3 may 2024