Bank Of Baku

BMT Təhlükəsizlik Şurası Kosovonun müstəqilliyinə dəstək verməyib

BMT Təhlükəsizlik Şurası Kosovonun müstəqilliyinə dəstək verməyib
# 15 fevral 2008 09:00 (UTC +04:00)
Nyu-York APA. BMT Təhlükəsizlik Şurasının 15 üzvündən yalnız 5-i Kosovonun müstəqilliyini nəzərdə tutan Marti Ahtisaari planına dəstək verib. APA-nın “RİA Novosti”yə istinadən yaydığı xəbərə görə, Rusiyanın BMT TŞ-dəki daimi nümayəndəsi Vitali Çurkin fevralın 14-də keçirilən fövqəladə yığıncaqda M. Ahtisaari planına daimi üzvlərdən ABŞ, Fransa, Böyük Britaniya, müvəqqəti üzvlərdən İtaliya və Belçikanın tərəfdar çıxdığını söyləyib. Daimi üzvlər Rusiya və Çin, müvəqqəti üzvlər Burkina-Faso, Vyetnam, İndoneziya, Kosta-Rika, Liviya, Panama, Xorvatiya və CAR isə Kosovonun müstəqilliyinin əleyhinə olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR