Bakıda 78 yaşlı kişi özünü 8-ci mərtəbədən atıb

Bakıda 78 yaşlı kişi özünü 8-ci mərtəbədən atıb
# 30 dekabr 2015 14:55 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda intihar hadisəsi baş verib.

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə dünən General Şıxlınksi küçəsi ev 39 mənzil 214 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 78 yaşlı Kononnikov Yuri Mixayloviç özünü 8-ci mərtəbədən ataraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Xətai rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR