Rusiya aviasiyası Palmira ətrafına sutka ərzində 158 zərbə endirib

Rusiya aviasiyası Palmira ətrafına sutka ərzində 158 zərbə endirib
# 26 mart 2016 20:41 (UTC +04:00)

Bakı-APA. Rusiya aviasiyası Suriyanın Palmira şəhərinin ətrafına sutka ərzində 40 uçuş həyata keçirib. 158 zərbə endirib. APA-nın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin saytında bildirilir.

“Terrorçuların 158 obyektinə zərbələr endirilib, nəticədə 100-dən çox terrorçu, 4 tank, 3 artilleriya qurğusu, 4 silah-sursat anbarı və 5 nəqliyyat vasitəsi məhv edilib”, - deyə qurumun məlumatında bildirilir.

Qeyd edək ki, Suriya ordusu Palmira şəhərinin əksər hissəsi üzərində nəzarəti bərpa edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR