Cəsarət Valehov: “Əmək bazarında tələbat olmayan ixtisaslara qəbul məhdudlaşdırılıb”

Cəsarət Valehov: “Əmək bazarında tələbat olmayan ixtisaslara qəbul məhdudlaşdırılıb”
# 12 fevral 2016 09:57 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Təhsil Nazirliyinin tabeliyində olan kolleclərin 40 faizdən çoxu humanitar, pedaqoji və musiqi yönümlüdür. Bir çox kollec eyni profil üzrə kadr hazırlığı həyata keçirir. Bəzilərində peşəkar idarəetmə müəllim heyəti ilə bağlı o qədər də yüksək keyfiyyət olmadığından kadr hazırlığının keyfiyyəti qənaətbəxş hesab oluna bilməz”.

APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib. O qeyd edib ki, əmək bazarında yetərincə tələbat olmayan sahələr üzrə kadr hazırlığının aparılması və çoxsaylı idarəetmə heyətinin saxlanılması büdcə vəsaitləri ilə bağlı müəyyən səmərəsiz xərcləmələrə gətirib çıxarır: “Buna görə də Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə müəyyən addımlar atılıb, 2013-cü ildən başlayaraq, görülmüş tədbirlər nəticəsində kolleclərdə pedaqoji kadr hazırlığının minimuma endirilib, əmək bazarında tələb olunmayan digər ixtisaslar üzrə qəbul planı məhdudlaşdırılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR