Yazıçılar Birliyində Fikrət Qocaya “Şərəf” ordeninin təqdim olunması ilə əlaqədar tədbir keçirilib - FOTOSESSİYA

Yazıçılar Birliyində Fikrət Qocaya “Şərəf” ordeninin təqdim olunması ilə əlaqədar tədbir keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 22 sentyabr 2015 13:26 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Yazıçılar Birliyində xalq şairi Fikrət Qocaya “Şərəf” ordeninin təqdim olunması ilə əlaqədar mərasim keçirilib.

APA-nın məlumatına görə, mərasimdə baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, xalq şairi Zəlimxan Yaqub və başqaları iştirak edib.

Xalq yazıçısı Anar F. Qocanı “Şərəf” ordeni ilə təltif edilməsi münasibətilə təbrik edib, şairin yaradıcılığı haqqında fikirlərini bölüşüb.

Xalq yazıçısı E. Əfəndiyev F. Qocanı Azərbaycan ədəbiyyatının istedadlı şairi, novator qələm adamı kimi dəyərləndirib. E. Əfəndiyev bildirib ki, F. Qocanın 80 illik yubileyinin qeyd olunması Azərbaycan ədəbiyyatının hadisəsidir.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev F. Qocanın vətəndaşlıq mövqeyindən bəhs edərək, onun müasir mədəniyyət mənzərəsində tutduğu yerə, mövqeyə toxunub. Nazir qeyd edib ki, xalq şairinin şeirlərindəki qəhrəmanlıq mövzusu gənclərə hər zaman örnək olub.

Ə. Qarayev “Şərəf” ordenini və prezident İlham Əliyevin təbrik məktubunu F. Qocaya təqdim edib.

Xalq şairi Zəlimxan Yaqub və Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid də F. Qocanı təbrik edərək onu 80 illik yubileyi münasibətilə təbrik ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR