Bank Of Baku

Nyu-York ştatında son sutkada 226 nəfər koronavirusdan ölüb

Nyu-York ştatında son sutkada 226 nəfər koronavirusdan ölüb
# 10 may 2020 04:22 (UTC +04:00)

 

Nyu-York ştatında son bir gündə koronavirus qurbanlarının sayı 226 nəfər olub.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə ştatın qubernatoru Endryu Kuomo bildirib. 

O qeyd edib ki, xəstəxanaya yerləşdirilənlərin ümumi sayı azalır, daha az insan süni nəfəs cihazlarına qoşulub: “Bir gün əvvəl 604 nəfər xəstəxanaya yerləşdirilib. Ən pis günlərdə isə xəstəxanalara 3 mindən çox insan müraciət edirdi”.

Qubernatorun sözlərinə görə, son günlər ştatda virusdan ölənlərin sayı 200 rəqəmi civarında dəyişir: “Əvvəlki günlərdə hətta bu rəqəm 700-ü keçirdi. Mayın 7-də 216 nəfər, mayın 6-da 231 nəfər, mayın 5-də 232 nəfər, mayın 4-də 230 nəfər, mayın 3-də 226 nəfər, mayın 2-də isə 280 nəfər ölüb”. 

Qeyd edək ki, ştatda koronavirusdan ümumilikdə 21 045 nəfər dünyasını dəyişib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR