"Bank BTB" nizamnamə kapitalını artırır

"Bank BTB" nizamnamə kapitalını artırır
# 03 dekabr 2015 08:01 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Noyabrın 30-da "Bank BTB" adi adlı səhmləri Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində dövlət qeydiyyatına alınıb.

Komitədən "APA-Economics"ə verilən məlumata görə, şirkətin səhmləri kütləvi təklif üsulu ilə yerləşdiriləcək.

Emissiya hər birinin nominal dəyəri 1 000 manat olan 2 000 ədəd adi adlı səhmlərlə həyata keçiriləcək.

Bununla da, şirkət nizamnamə kapitalını 2 mln. manat artıracaq. Hazırda şirkətin nizamnamə kapitalının 44 mln. 840 min manat olduğunu nəzərə alsaq, emissiya baş tutduqdan sonra sığortaçının kapitalı 46 mln. 840 min manata çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR