Xəzərin ətraf mühitinin müdafiəsinə dair Çərçivə Konvensiyasının daimi Katibliyi yaradılır

 Xəzərin ətraf mühitinin müdafiəsinə dair Çərçivə Konvensiyasının daimi Katibliyi yaradılır
# 13 iyul 2016 08:58 (UTC +04:00)

Bakı - APA. "Bakıda Xəzərin dəniz ətrafı mühitinin müdafiəsinə dair Çərçivə Konvensiyasının 6-cı Tərəflər Konfransının keçirilməsi nəzərə tutulur".

APA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşündəki çıxışında deyib.

Nazirin sözlərinə görə, əsas məqsədlərdən biri Çərçivə Konvensiyasının daimi Katibliyinin açılması olacaq.

"Azərbaycan tərəfi Katibliyin Bakı şəhərində yerləşməsi ilə bağlı Saziş layihəsini hazırlayıb, bütün Xəzəryanı ölkələrə baxılması üçün təqdim edib", - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR