Bu il "Avtomobil yolları" məqsədli büdcə fonduna daxilolmaların həcmi açıqlanıb

Bu il "Avtomobil yolları" məqsədli büdcə fonduna daxilolmaların həcmi  açıqlanıb
# 17 fevral 2016 12:21 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı ilin dövlət büdcəsinin tərkib hissəsi olan “Avtomobil yolları” məqsədli büdcə fonduna daxilolmaların həcmi 29 mln. manat azalacaq. "APA-Economics" xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanunda dəyişikliklər layihəsində öz əksini tapıb.

Belə ki, qanun layihəsində 2016-cı ildə “Avtomobil yolları” məqsədli büdcə fonduna daxilolmaların 261 mln. manat təşkil edəcəyi gözlənilir.

Qeyd edək ki, 2016-cı ilin təsdiqlənmiş dövlət büdcəsində “Avtomobil yolları” məqsədli büdcə fonduna daxilolmaların həcmi 290 mln. manat proqnozlaşdırılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR