Gəncə sakinindən 8 kq-dan çox narkotik götürülüb

Gəncə sakinindən 8 kq-dan çox narkotik götürülüb
# 18 noyabr 2015 08:09 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi və 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Gəncə şəhər sakini 1964-cü il təvəllüdlü Elman Mirzəyevdən 8 kq-dan artıq marixuana götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR