Gəncədə qadın yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib

Gəncədə qadın yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib
# 14 fevral 2016 09:39 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə qadın yanıb.

APA-nın qərb bürosunun məlumata görə, Gəncə şəhər sakini, 1954-cü il təvəllüdlü Gülnar Şabanova üz və bədənin müxtəlif nahiyələrinin 3-cü dərəcəli yanıq xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb.

Reanimasiya şöbəsinə yerləşdirilƏn qadının vəziyyəti ağır qiymətləndirilir.

Onun hansı şəraitdə yanıq xəsarətləri aldığı hələlik mƏlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR