Ombudsman bəzi qanunların qəbulunun ləngiməsinə narazılıq bildirib

Ombudsman bəzi qanunların qəbulunun ləngiməsinə narazılıq bildirib
# 13 aprel 2016 10:10 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova bir sıra hüquqi sənədlərin qəbulunun səbəbsiz ləngidilməsinə görə Milli Məclisə irad bildirib.

APA-nın məlumatına görə, E. Süleymanova bu gün Milli Məclisdə keçirilən “Ailə instutunun formalaşmasında adət-ənənələrimizin rolu” adlı tədbirdə bildirib ki, uzun illərdir, təqdim etdikləri, hətta Milli Məclisə qəbul olunan iki layihə hələ də müzakirəyə çıxarılmır. O qeyd edib ki, “Reproduktiv sağlamlıq haqqında” və uşaqların zorakılığa məruz qalması ilə bağlı qanun layihələrinin qəbulu 8 ildir, ləngiyir: “Hətta Milli Məclis tərəfindən imzalanıb. Amma hər il təkrar xatırlatmamıza, təkliflərimizə baxmayaraq, səbəb demədən bu sənədlərin qəbulu ləngiyir. Axı nə üçün? Nədir səbəb? Halbuki bu sənədlərin qəbulu bizim üçün olduqca əhəmiyyətlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR