"Fövqəladə hallar atlası"nın hazırlanması üçün işçi qrup yaradılıb və yol xəritəsi hazırlanıb

"Fövqəladə hallar atlası"nın hazırlanması üçün işçi qrup yaradılıb və yol xəritəsi hazırlanıb
# 12 mart 2016 07:42 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyasının Yer Elmləri Bölməsinin növbəti iclası keçirilib AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirdə prezident İlham Əliyevinin "Azərbaycan Respublikasının fövqəladə hallar atlası" barədə sərəncamından irəli gələn tədbirlər müzakirə edilib.

Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov ölkə başçısının təbii resurslardan səmərəli istifadə, əhalinin, yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin, digər infrastruktur obyektlərinin, o cümlədən strateji neft-qaz kəmərlərinin, kommunikasiya xətlərinin fövqəladə hallardan qorunması, istehsal qüvvələrinin inkişafı məsələlərinin əsaslandırılmış şəkildə həll edilməsi məqsədilə imzaladığı "Azərbaycan Respublikasının fövqəladə hallar atlası"nın nəşri haqqında sərəncamı xatırladıb. Sənədin icrasına başlanıldığını deyən akademik sərəncamdan irəli gələn məsələlərin həlli üçün işçi qrupunun yaradıldığını bildirib. Qeyd edib ki, xəritələr CİS texnologiya əsasında hazırlanıb, onların siyahısı və məzmunu müəyyənləşdirilib, müvafiq məlumatlar toplanaraq yol xəritəsi hazırlanıb.

İclasda iştirak edən Fövqəladə Hallar Nazirliyinin rəsmisi Tariel Hüseynov bildirib ki, Azərbaycanda fövqəladə hallar atlasının yaradılması istiqamətində işlər iki il əvvəl başlayıb və prezidentin məlum sərəncamından sonra sürətlənib. Tariel Hüseynov vurğulayıb ki, atlasın nəşri gələcəkdə ölkədə təhlükəli ərazilərin əvvəlcədən müəyyənləşdirilməsinə və nəzarət edilməsinə imkan verəcək.



Sonra iclasda bir sıra cari məsələlər müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR