Musiqili Teatrda "Baladadaşın toy hamamı” komediyasının premyerası keçirilib

Musiqili Teatrda "Baladadaşın toy hamamı” komediyasının premyerası keçirilib
# 14 mart 2016 15:33 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycan Dövlət Musiqili Teatrında xalq yazıçısı Elçin Əfəndiyevin “Baladadaşın toy hamamı” iki hissəli musiqili lirik komediyasının premyerası keçirilib. Teatrın mətbuat katibi Samir Sədaqətoğlunun APA-ya verdiyi məlumata görə, premyerada xalq yazıçısı Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və başqaları iştirak edib.

Tamaşanın quruluşçu-rejissoru xalq artisti Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdi, səhnələşdirəni əməkdar artist Nofəl Vəliyev, quruluşçu-dirijoru Fəxrəddin Atayev, quruluşçu-rəssamı xalq rəssamı Tahir Tahirov, baletmeystrləri Yelena və Zakir Ağayevlər, musiqi rəhbəri əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur.

Tamaşada səslənən mahnıların sözləri Vüqar Əbdülova məxsusdur. Rolları xalq artistləri Fatma Mahmudova, Ramiz Məmmədov, əməkdar artistlər Novruz Qartal, Səidə Şərifəliyeva, Çingiz Əhmədov, Nahidə Orucova, Emma Məlikova, aktyorlar Əmrah Dadaşov, Mehriban Zalıyeva, Fərid Rzayev, Gülcahan Salamova, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Əliməmməd Novruzov, Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Hüseyn Əlili, Elçin İmanov, Rahib Məmmədov və başqaları ifa ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR