Proqnoz: Qızıl sentyabrda 17 aylıq maksimumu yeniləyib ucuzlaşacaq

Proqnoz: Qızıl sentyabrda 17 aylıq maksimumu yeniləyib ucuzlaşacaq
# 08 iyul 2016 09:55 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu ilin sentyabr ayının sonunadək dünya birjasında qızılın 1 unsiyasının qiyməti 1425 dollaradək və ya indiki qiymətlə müqayisədə 4% arta bilər.

"APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu, "ABN Amro Group" ekspertlərinin proqnozunda öz əksini tapıb. Onu da qeyd edək ki, adıçəkilən bank qrupunun ekspertləri proqnozlarının doğruluğuna birinci yeri tutur.

Beləliklə, holland bankirlər hesab edir ki, sentyabrın sonuna qədər qızıl 75 dollar bahalaşacaq. Əgər qızıl 1425 dollaradək bahalaşsa, bu, 2013-cü ilin mayından etibarən maksimal göstərici olacaq.

Qızılın bahalaşmasının səbəbi kimi, Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı keçirilən referendumdan sonra investorlar tərəfindən daha sakit maliyyə alətlərinin axtarışı göstərilir.

Bununla yanaşı, ekspertlər hesab edir ki, 2016-cı ilin sonunda və ya 2017-ci ilin əvvəlində qızıl qiymətində azalma müşahidə olunacaq. Bu isə qızıl alışı üçün əlavə stimul verəcək.

Qeyd edək ki, hazırda birjada qızılın 1 unsiyasının dəyəri 1370 dollar ətrafındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR