Şəhid Fəxrəddin Qurbanlının adına mükafat təsis olunub

Şəhid Fəxrəddin Qurbanlının adına mükafat təsis olunub
# 11 aprel 2016 08:25 (UTC +04:00)

Bakı-APA. Cəbhənin Tərtər istiqamətində hərbi xidmətini yerinə yetirərkən şəhid olmuş məzunumuz Qurbanlı Fəxrəddin Seyfəddin oğlunun adına mükafat təsis olunub.

Azərbaycan Universitetindən APA-ya verilən məlumata görə, bu barədə Azərbaycan “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin sədri Nazir Quliyev məlumat verib.

N. Quliyev qeyd edib ki, “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi tərəfindən “Şəhid Sosial İşçi Fəxrəddin Qurbanlı” mükafatı təsis olunub. Mükafat hər il aprel ayının 9-da Sosial iş sahəsində uğurlu fəaliyyət göstərən insanlara veriləcək.

Azərbaycan ordusunun şəhid olmuş əsgəri Fəxrəddin Qurbanlı 1994-cü ildə Bakı şəhərində anadan olub. 2015-ci ildə Azərbaycan Universitetinin Sosial iş fakültəsini üçüncülüklə bitirib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR