AVRO-2016 ərəfəsində bir neçə yoxlama oyunu keçirilib

AVRO-2016 ərəfəsində bir neçə yoxlama oyunu keçirilib
# 03 iyun 2016 23:37 (UTC +04:00)

Bakı-APA. Dünyanın yaşıl meydanlarında milli komandalar arasında bir neçə yoxlama oyunu keçirilib.

Apasport.az saytının məlumatına görə, FİFA üzvlüyünə qəbul edildikdən sonra ilk rəsmi oyununa çıxan Kosova millisi Farer adalarını 2:0 hesabıyla məğlub edib.

Berqamoda keçirilən Albaniya - Ukrayna oyununda ukraynalılar 3:1 hesabıyla qalib gəlib.

Gürcüstan millisi isə Rumıniya ilə oyunda darmadağın olub - 1:5.

İsveçrə millisi evdə Moldovanı 2:1 hesabıyla məğlub edib.

Maraqlıdır ki, baş tutan matçlarda Azərbaycan çempionatında çıxış edən 3 futbolçu meydana çıxıb ki, onlardan hər üçü məğlubiyyətə üzlüb. Gürcüstanda “İnter”li Nika Kvekveskiri, Moldovada AZAL-lı Stanislav Namaşko və Albaniyanın heyətində “Qarabağ”lı Ansi Aqolli komandalarına kömək edə bilməyiblər.

Yoxlama oyunları

3 iyun

İsveçrə - Moldova - 2:1
Qollar: Cemaili, 12, Mehmedi, 75 - Qinsari, 69.

Kosova - Farer adaları - 2:0
Qollar: Bunyaku, 44. Berişa, 90+4

Rumıniya - Gürcüstan - 5:1
Qollar: Adrian Popa, 2, Amisulaşvili, 3 (öz qapısına), Stanku, 49. Torxe, 80; 87 - Motj, 68.

Albaniya - Ukrayna - 1:3
Qollar: Sadiku, 13 - Stepanenko, 9. Yarmolenko, 49. Konoplyanka, 87

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR