Meksikada ağır yol qəzası baş verib, 8 nəfər ölüb, 35 nəfər xəsarət alıb

Meksikada ağır yol qəzası baş verib, 8 nəfər ölüb, 35 nəfər xəsarət alıb
# 20 avqust 2016 03:33 (UTC +04:00)

Bakı-APA. Meksikada ağır yol qəzası baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Puerto-Penyasko və Sonoyta şəhərlərini birləşdirən yolda qeydə alınıb.

Belə ki, əvvəl magistralda iki minik maşını toqquşub. Bundan dərhal sonra isə qarşı hərəkət zolağına çıxan yük maşını sərnişin avtobusu ilə toqquşub.

İnsident nəticəsində 3-ü uşaq olmaqla 8 nəfər ölüb, 35 nəfər xəsarət alıb. Yaralıların 6-nın vəziyyətinin ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR